Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir.
Oxu.Az xəbər verir ki, "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq və texnologiyalar" mövzusuna həsr olunan forumda dövlət qurumlarının rəhbərləri, yerli və xarici maliyyə institutlarının nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.
İki gün davam edəcək tədbirdə bank sektorunun inkişaf perspektivləri, rəqəmsal transformasiya, süni intellekt, ödəniş sistemləri, kibertəhlükəsizlik və alternativ maliyyələşdirmə imkanları müzakirə olunacaq.
Forum noyabrın 25-də başa çatacaq.