Zimbabve gözəllik müsabiqəsinin qalibi Rozanna Holl ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncam səbəbindən "Miss Kainat-2026" beynəlxalq gözəllik müsabiqəsində iştirak edə bilməyəcək.
Oxu.Az "Independent Online" nəşrinə istinadən xəbər verir ki, "Miss Universe Zimbabwe" təşkilatı ölkənin təmsilçisinin viza gecikmələri səbəbindən nüfuzlu müsabiqədə iştirakının sual altında olduğunu açıqlayıb.
Viza problemi onun ABŞ tərəfindən idarə olunan Puerto-Rikoya vaxtında çatmasına mane olub. Sonradan məlum olub ki, gözəllik kraliçası vizanı vaxtında ala bilməyib. 2026-cı il yanvarın 1-dən qüvvəyə minən prezident sərəncamı Zimbabve də daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarının ABŞ-yə girişini qismən məhdudlaşdırır.