"Nvidia" şirkətinin Direktorlar Şurası Censen Huanqı prezident, baş icraçı direktor və İdarə Heyətinin üzvü vəzifələrinə bərpa edib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Direktorlar Şurası Huanqla bir sıra müzakirə və görüşlərdən sonra onun vəzifəsinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib.
Qərar qəbul edilərkən ABŞ hökumətinin yüksəkvəzifəli nümayəndələrinin də mövqeyi öyrənilib. Həmin rəylər əsasında şura Huanqın vəzifəsinə qayıtmasının milli təhlükəsizlik üçün heç bir risk yaratmadığı qənaətinə gəlib.
Huanq isə yenidən "Nvidia"ya rəhbərlik etməkdən şərəf duyduğunu və bu məsuliyyəti böyük təvazökarlıqla qəbul etdiyini bildirib.
Bildirilib ki, xarici kəşfiyyat qurumunun Huanqı hədəf alması ilə bağlı yayılan məlumatlardan sonra Direktorlar Şurası hadisəni araşdırmaq üçün yalnız müstəqil üzvlərdən ibarət komitə yaradıb. Araşdırma davam edir və Huanq da prosesdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.