"Megaspeed International" şirkətinin keçmiş rəhbəri Elis Huanq bir ildən çox müddət ərzində Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi ilə əlaqədə olub.
Oxu.Az xəbər verir ki, "The New York Times" nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, bu təmaslar 2025-ci ilin yazından 2026-cı ilin payızınadək davam edib.
Həmin dövrdə E.Huanq "Nvidia"nın sabiq baş direktoru Censen Huanqla da romantik münasibətlərdə olub. ABŞ kəşfiyyat orqanlarının nümayəndələri bildiriblər ki, tez-tez Elis Huanqın həyat yoldaşı kimi təqdim edilən biznes tərəfdaşı Kan Vey də Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Kəşfiyyatla əlaqələr "Nvidia"nın qabaqcıl çiplərinin böyük partiyalarını satın alan "Megaspeed"in fəaliyyəti ilə eyni vaxta təsadüf edib. Avadanlıqların bir qisminin ABŞ-nin ixrac məhdudiyyətlərindən yan keçərək qeyri-qanuni yollarla Çinə göndərilməsi ehtimal olunur.
Bununla belə, ABŞ hakimiyyəti Elis Huanqın casusluq fəaliyyəti ilə məşğul olub-olmadığını hələ müəyyənləşdirməyib. Hazırda ona və şirkətə qarşı aparılan araşdırmalar davam edir.
Qalmaqal Censen Huanqın noyabrın 12-də "Nvidia" rəhbəri vəzifəsindən getməsi fonunda ictimailəşib. Bundan əvvəl o, həyat yoldaşına xəyanət etdiyini boynuna alsa da, qadının adını açıqlamamışdı. İstefasından sonra iş adamı direktorlar şurası tələb edəcəyi təqdirdə şirkətə qayıtmağa hazır olduğunu bəyan edib.