Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakinləri hərəkətin intensiv olduğu küçədə yaranan problemlə bağlı narazılıqlarını bildiriblər.
Oxu.Az-a müraciət edən sakinlərin sözlərinə görə, 233 nömrəli tam orta məktəbə və 333 nömrəli körpələr evi-uşaq bağçasına gedən yolun vəziyyəti çox pisdir.
Onlar bildiriblər ki, yağışlı havada yararsız durumda olan yoldan keçmək müşkülə çevrilir:
"Yağış yağanda yol palçıq olur. Uşaqları məktəbə, bağçaya apara bilmirik".
Qaynar xətt:
(055) 224 12 12