Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki Həmrəylik küçəsinin 3-cü döngəsində yaşayan sakinlər illərdir yol problemindən əziyyət çəkirlər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Sakinlərin şikayətinə görə, sözügedən ərazidə küçə uzun müddətdir təmirsiz vəziyyətdədir. Yağış yağdıqda isə yol daha da yararsız hala düşür. Bu da həm sakinlərin, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır.
Sakinlər bildirirlər ki, müvafiq qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.