"Turkish Airlines" aviaşirkətinin yükdaşıma bölməsi olan "Turkish Cargo" İstanbul - İrəvan - İstanbul istiqamətində müntəzəm reys üzrə ilk uçuşunu həyata keçirib.
Oxu.Az "Aeroportist" xəbər portalına istinadən xəbər verir ki, "Turkish Airlines"ın yükdaşıma xidməti tərəfindən təşkil edilən bu xüsusi reys iki ölkə arasında etibarlı yük mübadiləsini təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, 2026-cı ilin mart ayından etibarən "Turkish Airlines" şirkəti İstanbul və İrəvan arasında müntəzəm sərnişin uçuşları icra edir.