Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə və Heydər Əliyev mərkəzlərində çalışan işçilərin attestasiya prosesi həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, proses dekabrın 8-dək davam edəcək.
Attestasiyaya ümumilikdə 986 işçi cəlb olunacaq.
"Attestasiya Əmək Məcəlləsinin 65-ci maddəsinə və Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun aparılır. Məqsəd işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq, ixtisasına və sənətinə görə tutduqları vəzifəyə (peşəyə) uyğun olub-olmadıqlarını müəyyənləşdirməkdir",- sorğuya cavabda qeyd olunub.