Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hazırda Əməkdar artistlə Təzəpir məscidində vida mərasimi keçirilir.
Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, eləcə də mərhumun yaxınları iştirak edirlər.
Qeyd edək ki, Arif Mirzəyev "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.