Rusiyanın xalq artisti Oleq Qazmanov və əməkdar artisti Natalya Varley Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) "War and Sanctions" məlumat bazasına daxil ediliblər.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun açıq məlumat bazasında qeyd olunub.
Məlumatda bildirilir ki, "Qafqaz əsiri" filminin ulduzu Natalya Varley Rusiyanın Ukraynaya münasibətdə siyasətini dəstəklədiyinə görə bazaya daxil edilib.
Eyni əsasla bazaya daxil edilən Oleq Qazmanovun Rusiya ordusu üçün vəsait topladığı da qeyd olunub.