Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandia "Beşiktaş"ın Batumidə keçirdiyi UEFA Avropa Liqası matçında baş verən hadisələrlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, səfirə hadisələrlə bağlı etiraz bildirilib və müxtəlif sübutlar təqdim olunub.
Hadisələrin bütün təfərrüatı ilə araşdırılması, eləcə də Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiq edən və müdaxilədə iştirak edən şəxslər barəsində müvafiq hüquqi tədbirlərin görülməsi tələb edilib.