İtaliyanın bir neçə klubu "Sampdoriya"nın və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət (U-21) yığmasının üzvü Lorenzo Mezzotero ilə maraqlanır.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, gənc futbolçunu "İnter", "Yuventus", "Napoli", "Fiorentina", "Komo", "Sassuolo" və "Monza" yaxından izləyir.
Bildirilir ki, son həftələr ərzində Mezzoteronun çıxışını dəyərləndirmək üçün "Sampdoriya"nın matçlarını bir çox skautlar canlı izləyiblər.
Qeyd edək ki, 18 yaşlı hücumçu çıxış etdiyi klubun heyətində son 4 oyunda 4 qol vurub.