Bu gün Misli Premyer Liqasında XIII tura start veriləcək.
Oxu.Az xəbər verir ki, turun ilk oyun gününün proqramına iki qarşılaşma daxildir.
Günün ilk matçında "İmişli" Yevlax şəhər stadionunda "Şəfa"nı qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. XII turdan sonra "İmişli" 12 xalla turnir cədvəlinin səkkizinci, "Şəfa" isə beş xalla 11-ci pilləsində qərarlaşıb.
Günün ikinci oyununda "Neftçi" "Palms Sports Arena"da "Zirə" ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq. "Neftçi" hazırda 27 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 20 xal olan "Zirə" isə beşinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
XIII tur
27 noyabr
14:30. "İmişli" - "Şəfa";
19:00. "Neftçi" - "Zirə".