UEFA Konfrans Liqasının əsas mərhələsinin IV turunda Türkiyənin "Trabzonspor" komandası Bolqarıstanın "ÇSKA Sofiya" klubunu səfərdə 1:2 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, meydan sahibləri 32-ci dəqiqədə Kabralın avtoqolu sayəsində hesabda önə keçiblər.
"Trabzonspor" 69-cu dəqiqədə Məhəmməd Salahın qolu ilə hesabı bərabərləşdirib.
Görüşün 90+3-cü dəqiqəsində isə Saviolonun vurduğu qol Türkiyə təmsilçisinə qələbə qazandırıb.
Qaynar xətt:
(055) 224 12 12