Meksikalı futbolçu Luis Çaves həvəskar komandaların oyununda güllələnərək qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "TV Azteca" telekanalı məlumat yayıb.
Məlumata görə, idmançını motosikletlərlə hərəkət edən silahlı qrup üzvləri öldürüb. Hadisədə bir nəfərin xəsarət aldığı bildirilir.
26 yaşlı Çaves əvvəllər Meksika çempionatının üçüncü ən güclü divizionunda çıxış edən "Atletiko San-Fransisko-del-Rinkon" klubunun formasını geyinib. Son dövrlərdə isə o, "Arandas" həvəskar klubunun heyətində yer alıb.