"Xəyal Əliyev çox gözəl performans göstərdi".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının V turunda keçirilən "Sabah" - "Barselona" oyunundan sonra mətbuat konfransında təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib.
O bildirib ki, bu gün bütün heyət üzvlərinin 90 dəqiqə oynamasına imkan olmadı:
"Xəyal Əliyev çox qaçdı, pressinq etdi. Gözəl hücumlar yaratdı, 1-2 epizodda daha yaxşı oynaya bilərdi. Çünki yaxşı imkanları var idi. Azərbaycanın ən yaxşı futbolçularından biridir. Bugünkü oyunu da fantastik idi. Ağır zədədən sonra ilk oyununa çıxdı. Mövsümün sonuna qədər daha da yaxşı olacaq".
Baş məşqçi Hans Flikin onun və komandasının ünvanına xoş sözlər deməsi barədə də danışıb:
"O, çox tərbiyəli və mənəvi cəhətdən yüksəkdir. Sözlərinə görə sağ olsun".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Barselona" qarşılaşması 1:4 hesabı ilə başa çatıb.