"Biz meydana çıxıb oyundan zövq almalıyıq".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək "Sabah" - "Barselona" oyunundan əvvəl təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib.
O bildirib ki, rəqibi yaxşı tanıyırlar:
"Barselona"nın Avropada hansı nüfuza malik olduğunu bilirik. Bir məşqçi üçün belə rəqibin oyununda boşluq tapmaq çətindir. Ola bilər ki, rəqib müdafiədə müəyyən boşluqlar buraxsın. Biz hərtərəfli oyun nümayiş etdirərək azarkeşlərin qarşılaşmadan zövq almalarına çalışmalıyıq".
"Azərbaycanlı azarkeşlərin Lamin Yamalı görə bilməyəcəklərinə görə məyus oldum. Eyni zamanda, gənc oyunçularımız da onu görməyi çox istəyərdilər. Düşünürəm ki, onun olmaması Hans Flik üçün problem deyil. Çünki onun sərəncamında ulduzlardan ibarət heyət var", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.