Azərbaycan və Litva XİN rəhbərləri "Sabah" - "Barselona" matçını birgə izləyəcəklər.
Oxu.Az-ın məlumatına görə, bu fikirləri Litva xarici işlər naziri (XİN) Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Valdas Dambrauskasın və "Sabah" futbol klubunun bu axşamkı oyuna hazırlaşması futbol diplomatiyasının praktikada necə həyata keçirildiyini göstərir:
"Biz qələbə üçün azarkeşlik edəcəyik. Çünki bütün sahələrdə, o cümlədən bu sahədə də ən yaxşı bacardığımız işlərdən biri budur".
