"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) təşəbbüsü regional nəqliyyat əlaqəliliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
O bildirib ki, regional nəqliyyat əlaqəliliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən TRIPP təşəbbüsünün vacibliyini qeyd edilib:
"Biz bu istiqamətdəki işləri diqqətlə izləyirik və hesab edirik ki, Cənubi Qafqazın güclənməsinə və nəqliyyat əlaqəliliyinin inkişafına töhfə verən bütün layihələr, şübhəsiz ki, regionumuz üçün vacibdir".