"Litva şirkəti Araz Vadisi İqtisadi Zonasında mebel istehsalı müəssisəsi qurur".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu müəssisənin fəaliyyətə başlaması 600 yeni iş yerinin yaradılması deməkdir:
"Nəqliyyat-logistika imkanları barədə danışarkən Bakı Ticarət Limanının potensialı və onun artırılması planları ilə bağlı da fikir mübadiləsi aparılıb. Humanitar sahədən danışdıqda isə qeyd etməliyik ki, 800-ə yaxın azərbaycanlı tələbə Litvada təhsil alır. Bundan başqa, ötən il ölkəmizə 3 000-dən çox litvalı turist gəlib. Ona görə də birbaşa uçuşların gündəmdə saxlanılması zəruridir".