"Comex" birjasında 2026-cı ilin dekabr ayında tədarük ediləcək gümüş füçersinin dəyəri 2025-ci il avqustun 29-dan bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 40 dollardan aşağı enib.
Oxu.Az xəbər verir ki, bu barədə ticarət platformasının rəsmi məlumatlarında qeyd olunur.
Bakı vaxtı ilə saat 09:55-ə olan göstəricilərə əsasən, gümüşün qiymətində 1.98% azalma qeydə alınıb və bir trua unsiyası 39.975 dollara düşüb. Saat 10:00-a doğru isə ucuzlaşma tendensiyası daha da sürətlənib və gümüşün bir trua unsiyası 39.94 dollar (-2.06%) səviyyəsində ticarət edilib.