"Barselona"nın futbolçusu Frenki de Yonq Bakıda keçirilən mətbuat konfransında gözlənilməz sualla qarşılaşıb.
Oxu.Az xəbər verir ki, jurnalistlərdən biri niderlandlı yarımmüdafiəçidən Lamin Yamalın Bakıya gəlməməsinin səbəbi ilə bağlı maraqlı sual ünvanlayıb.
"Lamin Yamal evdə "GTA 6" oynadığı üçün gəlməyib?" sualı Frenki de Yonqu güldürüb. Futbolçu təbəssümlə zalı tərk edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması bu gün saat 21:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.