Polşa prezidentinin mətbuat katibi Rafal Leşkeviç Karol Navrotskinin ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə hədiyyə etdiyi kəhrəba ilə bəzədilmiş stulun təxmini qiymətini açıqlayıb.
Oxu.Az TOK FM-ə istinadən xəbər verir ki, Leşkeviç hədiyyənin diplomatik etiket normalarına uyğun adi bir jest olduğunu bildirib.
"Bu, adi hədiyyə idi. Nə kreslo, nə də taxt idi. Bu, kəhrəbadan hazırlanmış deyil, kəhrəba ilə bəzədilmiş Qdansk stulu idi", - deyə o əlavə edib.
Aparıcının israrlı suallarından sonra mətbuat katibi hədiyyənin qiymətinin, ehtimal ki, 10 000 zlotıdan (təxminən 2 400 dollar) çox olduğunu etiraf edib. O, bunu kəhrəbanın kifayət qədər bahalı olması ilə izah edib.