"Qızğın rəqabət" serialında rusiyalı hokkeyçini canlandıran amerikalı aktyor Konor Storrini 2026-cı ilin ən dəbli kişisi elan edilib.
Oxu.Az bildirir ki, 26 yaşlı aktyora bu adı "Vogue" jurnalı verib.
Aktyor nəşrin "Best Dressed" adlı xüsusi buraxılışının rəqəmsal üz qabığında yer alıb və xüsusi moda fotosessiyasında iştirak edib. Storrini müsahibəsində geyim tərzi ilə bağlı ictimaiyyətin fikirlərinə əhəmiyyət vermədiyini bildirib.
Qeyd edək ki, aktyor iyunda Paris tarixinin ən isti günündə qeyri-adi geyimi ilə diqqət çəkmişdi. O, həmin gün şəffaf polivinilxloriddən (PVC) hazırlanmış plaş, şort və ayağa kip oturan "Romeo" modelli çəkmələrlə ictimaiyyət qarşısına çıxmışdı. Çəkmələrin qiyməti 3 300 dollar (5 610 manat) təşkil edib.