Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, keçmiş xarici işlər naziri Hikmət Çətin 89 yaşında vəfat edib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, siyasətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Hikmət Çətin ötən ilin oktyabrında soyuqdəymə və pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bir müddət reanimasiya şöbəsində müalicə alan siyasətçi 2025-ci ilin oktyabr ayının sonunda evə buraxılmışdı.
2026-cı ildə yenidən xəstəxanaya yerləşdirilən Hikmət Çətinin müalicəsi İstanbulda davam etdirilirdi.