"Sabah" kifayət qədər yaxşı futbol sərgiləyən komandadır".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək "Sabah" - "Barselona" oyunundan əvvəl "Barselona"nın futbolçusu Frenki de Yonq deyib.
O bildirib ki, Lamin Yamalın yoxluğu meydanda hiss olunacaq:
"Sabah" adətən müdafiədən hücuma çıxmağa çalışan, hücumları arxadan quran və kifayət qədər yaxşı futbol sərgiləyən komandadır. Biz isə həmişə olduğu kimi, qələbə qazanmaq üçün yaxşı oyun nümayiş etdirməliyik. Yamal məhz belə rəqiblərə qarşı oyunlarda təkbaşına təhlükə yaratmağı bacaran futbolçudur. Məhz bu komponentdə digər oyunçularımız Yamaldan geri qalırlar. Lakin bizim start heyətimizdə elə futbolçular var ki, onlar hər an oyunun taleyini dəyişə bilərlər".
"Özümü çox yaxşı və güclü hiss edirəm. Fikrim yalnız sabahkı oyundadır. Zədədən qayıtdıqdan sonra performansımı daha da yaxşılaşdırmağa çalışıram. Mən son iki oyunda mərkəz müdafiəçisi kimi çıxış etmişəm. Məşqçinin tapşırıqlarını maksimum səviyyədə yerinə yetirməyə çalışıram. Sabahkı oyunda da hansı mövqedə çıxış etməyimdən asılı olmayaraq, ən yaxşı oyunumu nümayiş etdirməyə çalışacağam", - deyə yarımmüdafiəçi qeyd edib.
Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.