Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Hayati Yazıcı partiyanın Mərkəzi İcraiyyə Komitəsi (MYK) və Mərkəzi Qərar və İdarə Heyətindəki (MKYK) üzvlüyündən istefa verdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Hayati Yazıcı bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
Son dövrlərdə gündəmə gələn istintaqa toxunan Hayati Yazıcı bildirib ki, araşdırma predmeti olan fondlardan nə oğlu Mustafa Yazıcının sahibi olduğu şirkətlər, nə də oğlu şəxsən hər hansı gəlir əldə edib. O, oğlunun iddia edildiyi kimi, "Adil Katılım Bankı"nın ortağı, təsisçisi və ya rəhbəri olmadığını vurğulayıb.
Baş verən hadisələrdən sonra həm özünə və ailəsinə, həm də AK Partiyə zərər vurmaq məqsədilə planlı kampaniya aparıldığını iddia edən Yazıcı buna əsla imkan verməyəcəyini deyib.
O, vəzifələrindən ayrılmaq qərarının şəxsi gözləntilərlə deyil, siyasi məsuliyyət anlayışı ilə bağlı olduğunu qeyd edib.