İngiltərənin İkinci Liqasında çıxış edən "Barnet" klubunun futbolçusu Ayzeya Noel-Uilyams zorlama ittihamı ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu barədə BBC Hertfordşir qraflığının polis idarəsinə istinadən məlumat yayıb.
23 yaşlı hücumçuya qarşı altı maddə üzrə ittiham irəli sürülüb. Bunlardan üçü zorlama ilə bağlıdır. Noel-Uilyams, həmçinin yetkinlik yaşına çatmayan şəxslə seksual məzmunlu yazışmalar aparmaqda və narkotik vasitə satmaqda ittiham olunur.
İşə Hatfild Magistratlar Məhkəməsində baxıldıqdan sonra futbolçu həbs edilib.
Qeyd edək ki, futbolçunun atası Qifton Noel-Uilyams vaxtilə İngiltərə Premyer Liqasında "Uotford" klubunun formasını geyinib.