İngiltərə Premyer Liqasının 11-ci turunda "Nyukasl " və "Arsenal" komandaları arasında keçirilən matç heç-heçə başa çatıb - 2:2.
Oxu.Az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən qarşılaşmanın baş hakimi Kris Kavana olub.
Oyunda hesabı 33-cü dəqiqədə Ebereçi Eze açıb. Harvi Barns 49-cu dəqiqədə tarazlığı bərpa edib, Malik Tşau 62-ci dəqiqədə "Nyukasl"ı önə keçirib. Çukvununso Madueke isə 78-ci dəqiqədə "Arsenal"ın məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra "Nyukasl" 13 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 28 xalı olan "Arsenal" isə liderliyini qoruyur.