2026/2027 mövsümü üzrə İngiltərə Premyer Liqasının 1-ci turunda "Nyukasl Yunayted" doğma meydanda "Liverpul"u qəbul edib.
Oxu.Az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Matçda hesabı artıq 5-ci dəqiqədə "Nyukasl"ın vingeri Entoni Elanqa açıb. "Liverpul" ikinci hissənin əvvəlində cavab verib. 55-ci dəqiqədə Kodi Qakpo hesabı 1:1 edib.
Cəmi iki dəqiqə sonra, 57-ci dəqiqədə Co Villok "Nyukasl"ı yenidən önə keçirib.
"Liverpul" məğlubiyyətdən yalnız görüşün son saniyələrində xilas olub. 90+9-cu dəqiqədə Dominik Soboslay penaltini dəqiq yerinə yetirərək hesabı 2:2 edib.
Ötən mövsüm "Nyukasl Yunayted" 49 xalla APL-də 12-ci, "Liverpul" isə 60 xalla 5-ci yeri tutub.
Növbəti turda "Nyukasl Yunayted" avqustun 29-da səfərdə "Tottenhem"lə, "Liverpul" isə həmin gün evdə "Nottingem Forest"lə qarşılaşacaq.