Şəkidə azyaşlı qız sahibsiz itin hücumuna məruz qalıb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb.
Bakı şəhərindən Şəkiyə qonaq aparılan 4 yaşlı S.Babazadə küçədə vəhşi heyvanın hücumuna məruz qalıb.
İt onun sağ bud nahiyəsindən dişləyərək xəsarət yetirib. Xəstəxanaya çatdırılan azyaşlıya tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Daha sonra ambulator müalicə üçün evə buraxılıb.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12