İndoneziyanın şərq bölgəsində 7.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi açıqlama yayıb.
Seysmik hadisənin episentri Cənub-Qərb Maluku bölgəsindən 43 kilometr şimal-qərb istiqamətində, yeraltı təkanların ocağı isə 125 kilometr dərinlikdə müəyyən edilib. "Zəlzələ nəticəsində sunami təhlükəsi gözlənilmir", - deyə agentlikdən bildirilib.
Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar haqqında məlumat yoxdur.