İndoneziyanın Maluku adasının sakinləri güclü yeraltı təkanlar hiss ediblər. Banda dənizi akvatoriyasında 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə İndoneziya Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi məlumat yayıb.
Mütəxəssislər dərhal əhalini sakitləşdirərək sunami təhlükəsinin olmadığını və hər hansı dağıntının qeydə alınmadığını bildiriblər.
Zəlzələnin ocağı yerin 143 kilometr dərinliyində yerləşib ki, bu da təkanların ciddi fəsadlar törətməsinin qarşısını alıb.
Qaynar xətt:
(055) 224 12 12