2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala 12 milyard 677.8 milyon manat məbləğində investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 faiz çoxdur.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 32.4 faiz artaraq 4 milyard 246.7 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 1.4 faiz artaraq 8 milyard 431.1 milyon manat olub.
Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19.6 faiz artaraq 7 milyard 40.7 milyon manat, xidmət sahələri üzrə real ifadədə 0.7 faiz azalaraq 3 milyard 850.6 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 1.8 faiz artaraq 1 milyard 786.5 milyon manat təşkil edib.