İndoneziyanın Maluku əyalətinin adaları yaxınlığında 7.1 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə yerli seysmoloji xidmətdən məlumat verilib.
Məlumata görə, zəlzələnin ocağı Aru adasından cənub-qərbdə yerləşib.
Təkanlar İndoneziyanın bəzi ərazilərində hiss olunub. Xəsarət alanlar və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Qaynar xətt:
(055) 224 12 12