Xaçmazda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saat 3 radələrində rayon ərazisində qeydə alınıb. Asim Rüfət oğlu Muradxanov Yalama-Xudat yolunda avtomobilini aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər - Şadrik Xanlar oğlu Babaxanov, Rafik Cahangir oğlu Arzumanov və Raik Kamran oğlu Ramazanov xəsarət alıblar.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.