İndoneziyada Banten bölgəsində şirniyyat fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.
Yanğın nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Xilasetmə qrupları dağıntılar altındakı uçqun riskinə baxmayaraq, hələ də itkin düşmüş hesab edilən təxminən 30 nəfərin axtarışını davam etdirirlər.
Paytaxt Cakartadan təxminən bir saatlıq məsafədə, Banten bölgəsinin Çikande rayonunda yerləşən "PT Fonusa Agung Mulia" şirniyyat fabrikinin binasında baş verən yanğının səbəbi araşdırılır.
Prezidentin əmək məsələləri üzrə müşaviri Said İqbalın jurnalistlərə bildirdiyinə görə, təhlükəsizlik protokollarının tətbiqi qiymətləndirilir və fabrikin baş icraçı direktoru dindirilməyə çağırılacaq. İlkin məlumatlara görə, yanğın kondisionerdə baş verən qısaqapanmadan qaynaqlana bilər.
Fabrikin baş icraçı direktoru Stiven Ervin Vijaya bildirib ki, həmin gün fabrikdə iş növbəsində təxminən 300 nəfər olub.