Yeni konstitusiya layihəsində dövlətlə Erməni Apostol Kilsəsi arasındakı münasibətlərdə dəyişikliklər nəzərdə tutulur.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün ictimaiyyətə təqdim olunan yeni konstitusiya layihəsində dövlət-kilsə əlaqələrinin "qanunla tənzimləndiyi" vurğulanır.
Hakimiyyət orqanları və Erməni Apostol Kilsəsi arasında ötən ildən bəri davam edən gərginlik fonunda dövlət-kilsə əlaqələrinə dair bəndə düzəliş olunub.
Qüvvədə olan əsas qanunla yaranan fərq ondan ibarətdir ki, hazırkı sənəddə bu münasibətlərin "qanunla tənzimlənə biləcəyi" qeyd olunub.
Dövlət və kilsə əlaqələrinə dair bəndin redaktə edilməsi ötən ildən bəri hökumətlə kilsə arasında davam edən qarşıdurma fonunda baş verib. Görünür, sənədin müəllifləri gələcək qərarlar üçün hüquqi bir "boşluq" saxlamaq qərarına gəliblər.