Bakıda sürücü 3-cü mərtəbədən yıxılıb ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.
Ərazidə aparılan söküntü ilə əlaqədar tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin sürücüsü, Xocalı rayon sakini 1996-cı il təvəllüdlü Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12