Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Xaçmaz-Quba avtomobil yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, QAZ-3110 markalı minik avtomobili ilə və VAZ-21099 markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində VAZ-da olan sürücü və altı sərnişin yaralanıb. Xəsarət alanların Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri olan bir ailənin üzvləri - ata, ana və onların dörd qız övladı olduğu bildirilir. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya