Bakı-Qazax yolunda avtomobil yanıb.
Oxu.Az xəbər verir ki, hadisə yolun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili qəfil yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub və yanğın söndürülüb. Lakin buna baxmayaraq avtomobil tamamilə yanaraq kül olub.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12