Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.
Bildirilir ki, qəza nəticəsində bir nəfər xəsarət alıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Qurumdan verilən məlumata görə, hadisə ötən gün saat 17:30-da Bakı-Qazax yolunun 161-ci kilometrliyində qeydə alınıb.
"M.Abdullayev "Lexus" markalı, 90-SZ-067 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil İ.Hüseynovun idarə etdiyi "KamAZ" markalı, 21-BE-746 dövlət nömrə nişanlı yük maşınının qoşqusuna çırpılıb. Hadisə zamanı "Lexus"un sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.