Bakı-Qazax magistral yolunda avtomobil aşıb.
Oxu.Az-ın məlumatına görə, hadisə yolun Ucar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı kiçiktutumlu yük avtomobili aşıb.
Qəza nəticəsində 1963-cü il təvəllüdlü F.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sürücü avtomobilin yük yerində giləmeyvə daşıyırmış.
Yusuf Məmmədli