Şəmkir rayonunun Keçili kəndinin mərkəzində qonur ayı görünüb.
Oxu.Az-ın məlumatına görə, ayı kəndin klub kimi tanınan ərazisində sakinlər tərəfindən müşahidə edilib. Sakinlər ayının görüntüsünü lentə alıblar.
Onların sözlərinə görə, ayı səs-küydən sonra ərazidən uzaqlaşıb.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12