Babək rayonunun Yarımca kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, "Changan" və "AZSamand" markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.
Qəza zamanı 1982-ci il təvəllüdlü Mehman Qənbər oğlu Qənbərov, 1988-ci il təvəllüdlü Anar Asəf oğlu Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Əsəd oğlu Şirinov, 1991-ci il təvəllüdlü Nərmin İsmayıl qızı Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Hidayət qızı Qənbərova xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Anar Tağıyev