İsmayıllıda 28 yaşlı kişi küçədə bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 26-sı gecə saatlarında şəhər ərazisində baş verib.
1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12