"İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 18-ci kilometrində hərəkət hissəsinə tökülən qaya parçaları ərazidən təmizlənib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
"Hazırda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, İsmayıllı-Lahıc avtomobil yolunun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala tökülməsi nəticədə hər iki istiqamətdə hərəkət məhdudlaşmışdı.