İsmayıllı-Lahıc avtomobil yolunda qaya uçqunu baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçaları qoparaq magistrala tökülüb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Yolun qaya parçaları və daşlardan təmizlənməsi üçün əraziyə səhər saatlarında ağır texnika cəlb olunub.
Hazırda yolun yenidən istifadəyə verilməsi məqsədilə təmizləmə və bərpa işləri aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12