19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz səfərdə 2:0 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin qollarını 16-cı dəqiqədə Ümid Səlimov, 67-ci dəqiqədə isə penaltidən Mustafa Kamara vurub.
Xatırladaq ki, U-19 millimiz əvvəlki oyunlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə məğlub olub.