İsmayıllı-Lahıc yolunda nəqliyyatın hərəkəti bərpa olunub.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, Lahıc-Burovdal avtomobil yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənərək hərəkət bərpa olunub.
Ətraflı video görüntünü təqdim edirik:
İsmayıllı-Lahıc avtomobil yolunda aparılan işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Lahıc-Burovdal avtomobil yolunun 17 və 17.2-ci kilometrlik hissələrində qaya uçqunu baş verib:
"Hadisədən dərhal sonra əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunublar. Gecə yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işləri aparılıb və hazırda da davam etdirilir. Uçqun baş verən ərazilərdən birində təmizləmə işləri artıq yekunlaşıb, digər hissədə isə işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır".
Aygün Mirakif
İsmayıllı-Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.
İsmayıllı rayonu ərazisində uçqun hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Hadisə zamanı Lahıc istiqamətindəki dağ yolunda iri qaya parçaları yola tökülüb.
Görüntülərdə yamacdan qopan böyük daşların yolun hərəkət hissəsinə düşdüyü öz əksini tapıb.